BAYRAQDAR MEDİA – 50 il əvvəl Polşa Milli Muzeyindən oğurlanan və rəssam Pieter Brueghel de Jonge-yə aid olan sənət əsəri Hollandiyada üzə çıxıb.
BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “NTV haber” məlumat paylaşıb.
Rəsmin oğurlanmış sənət əsərləri siyahısında olduğu bilinmədən ötən ilin sonunda Quda Muzeyində sərgiləndiyi qeyd edilib. Əsərin naməlum şəxsdən borc götürüldüyü və hadisə ilə bağlı araşdırma aparıldığı bildirilib.
Səlahiyyətlilər qeyd ediblər ki, Polşa rəsmin geri qaytarılmasını istəyir və hüquqi yardım tələb edir.
İlk şərhi yaza bilərsiniz