Press "Enter" to skip to content

16 minə yaxın şəxsə proaktiv qaydada birdəfəlik müavinət ödənilib

Dövlət Sosial Müdafiə Fondu

BAYRAQDAR MEDİA – Yanvar-fevral aylarında 15 min 925 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

Bildirilib ki, “2025-ci ilin yanvar-fevral ayları ərzində 15 min 925 nəfərə uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət təyin olunaraq Fond tərəfindən ödəniş edilib. Müavinət ödənişləri 7 410 nəfər qız, 8 515 nəfər oğlan uşağına görə aparılıb”.

Mission News Theme by Compete Themes.