Press "Enter" to skip to content

125 mindən çox uşaq icbari dispanserizasiyaya cəlb olunub

BAYRAQDAR MEDİA – TƏBİB “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

Bu barədə BAYRAQDAR MEDİA-ya TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, “uşaqların icbari dispanserizasiyası çərçivəsində 2025-ci ilin yanvar-fevral ayları ərzində Bakı şəhərinin Yasamal, Səbail, Nəsimi, Nərimanov, Suraxanı, Sabunçu, Xətai, Qaradağ, Nizami və Xəzər rayonları üzrə 125 min 357 uşaq ilkin müayinələrə cəlb olunub. Bu müayinələr Bakı Baş Səhiyyə Mərkəzinin strukturuna daxil olan tibb müəssisələrinin tibb heyəti tərəfindən Bakı şəhərinin 31 orta ümumtəhsil, məktəbəqədər təhsil müəssisələri və xüsusi internat məktəblərində həyata keçirilib. Müayinələrdə həkim-pediatr, həkim-nevroloq, həkim-oftalmoloq, həkim-otorinolarinqoloq, həkim-cərrah, həkim-stomatoloq, həkim-laborant və s. ixtisaslı mütəxəssislər iştirak edib”.

Məlumata görə, xəstəlik aşkarlanan uşaqlarla bağlı məlumatlar həm məktəb rəhbərliyinə, həm də valideynlərə təqdim edilib: “Həmin şagirdlərin qısa zamanda ilkin səhiyyə xidməti göstərən tibb müəssisələrinə müraciət edərək geniştərkibli müayinələrdən keçməsi və aşkarlanan xəstəliklərin müalicəsinə başlaması tövsiyə olunub. Qeyd edək ki, uşaqların icbari dispanserizasiyası Azərbaycan Respublikasının Prezidentinin 5 mart 2013-cü il Fərmanına uyğun olaraq davam etdirilir. İcbari dispanserizasiyasının əsas məqsədi uşaqlar, o cümlədən məktəblilər arasında xəstələnmə, sağlamlıq imkanlarının məhdudluğunun və ölüm səviyyəsinin azaldılmasıdır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.