Press "Enter" to skip to content

Xalq artisti hər kəsi təəccübləndirib – VİDEO

Tünzalə Ağayeva

BAYRAQDAR MEDİA – Xalq artisti Tünzalə Ağayeva Heydər Əliyev sarayında baş tutan konsert proqramında çıxış edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya T.Ağayevanın mətbuat katibi Sevda Bayramova məlumat verib.

O, qeyd edib ki, Mədəniyyət Nazirliyi və Ailə, Qadın, Uşaq Problemləri üzrə Dövlət Komitesinin birgə təşkilatçılığı ilə 2025-ci il “Konstitusiya və Suverenlik” ili çərçivəsində keçirilən tədbir 8 mart Beynəlxalq Qadınlar gününə həsr olunub: “Gecədə çıxış edən pop ulduz Tünzalə Ağayeva hər kəsi təəccübləndirib. Xalq artisti tək başına, heç bir müşayiət olmadan royalda əsər ifa edib. Sevilən müğənni dünyaca məşhur ulduz Uitni Xyustonun “I Have Nothing” mahnısı ilə müəllifi olduğu “Sənsiz” əsərini sintez edib. Sözügedən çıxış tamaşaçılar tərəfindən böyük rəğbət və gür alqışlarla qarşılanılıb”.

Məlumata görə, Xalq artisti tədbirlə bağlı bu sözləri dilə gətirib: “Bu səhnə hər bir sənət adamı üçün çox doğmadır. Sevinc, xoşbəxtlik hisslərinin bol olduğu bir yerdir. Bu gün qadınlar, analar mövzusu ən öndəgedən mövzudur. Əziz Azərbaycan qadını, dünyaya igidlər gətirən analar. O, igidlər ki, bizə əbədi zəfər bəxş etdilər. O analarımız hər zaman zirvədədir. Azərbaycan qadını, anası ən zirvədə olan xanımdır. Nə qədər alqışlasanız, minnətdar olsaq azdır. Eşq olsun Azərbaycan xanımına. İgidlərimizi dünyaya gətirən əziz analarımız qarşınızda baş əyirik”.

Səhnədə füsunkar görünən ulduz geyimində qara tonlardan istifadə edib. Onun bütöv obrazı üzərində Rusiyada, Orta Asiyada, Qafqazda tanınan həmyerlimiz, dizayner Orxan Sultan hazırlayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.