Press "Enter" to skip to content

“Türkiyə və Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri”

Tədbir zamanı

Karsda bu mövzuda panel müzakirələr keçirilib

BAYRAQDAR MEDİA – Türkiyənin Kars şəhərində fəaliyyət göstərən Qafqaz Universitetində “Türkiyə və Azərbaycan münasibətlərində təhlükəsizlik aspektləri” mövzusunda panel müzakirələr keçirilib.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, alim və ekspertlərlə yanaşı, Azərbaycanın Qarsdakı baş konsulu Zamin Əliyev və Qars şəhər bələdiyyəsinin rəhbərliyi də iştirak etdiyi tədbiri giriş sözü ilə Prof. Dr. Selçuk Ural açıb.
Məlumata görə, o, ““Hər iki dövlətin çoxlu ortaq cəhətləri var. Bayraqlarından tutmuş ortaq coğrafiyaya sahib olmalarına qədər bir çox oxşarlıqlar var. Bundan əlavə, iki qədim dövlət olmanın həssaslıqları da önəmlidir” deyib.

Bələdiyyə Başçısı Prof. Dr. Ötügen Senger isə “Biz türk millətiyik. Ankara və Bakı Turan İdealının suyunu eyni hövzədə toplayan iki şəlalədir. Dərdimiz bir, məqsədimiz bir, adımız bir. Bağlı olacağımız bir türk millətidir. Soydaşlarımızın dərdi bizim dərdimiz, düşmənləri bizim düşmənimiz, qələbəsi bizim qələbəmizdir. İki dövlət olsaq da, lazım olanda eyni bayraq altında toplanacaq, türk düşmənlərinə qarşı eyni cəbhədə dayanacağıq. Azərbaycan-Türkiyə əlaqələri hər platformada dəstəklənməli və inkişaf etdirilməlidir” deyib.

Məlumata görə, baş konsul Zami Əliyevin də çıxış etdiyi tədbir müzakirələrlə davam edib. Müzakirələrdə iki ölkənin iqtisadi və ticarət əlaqələrinin perspektivlərini və vəziyyətini nəzərdən keçirib, Türkiyə və Azərbaycan Silahlı qüvvələrinin birgə təlimlərinin əhəmiyyətini vurğulayıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.