Press "Enter" to skip to content

Sinqapurun Daxili Gəlirlər İdarəsi ilə müzakirə aparılıb

Müzakirə zamanı

BAYRAQDAR MEDİA – İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisi, Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) prezidenti Orxan Nəzərli Sinqapurun Daxili Gəlirlər İdarəsinin rəhbəri və baş icraçı direktoru Fuk Çuen Ou ilə videoformatda görüş keçirib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Dövlət Vergi Xidmətindən məlumat verilib.

Bildirilib ki, “görüşdə ikitərəfli və çoxtərəfli əlaqələrin əhatə dairəsinin genişləndirilməsi, vergi inzibatçılığı sahəsində əməkdaşlığın prioritetləri və hüquqi-normativ bazasının yaradılması müzakirə edilib. Görüş zamanı ölkələrimiz arasında vergi əməliyyatları çərçivəsində risklərin idarə edilməsi, qarşılıqlı məlumat mübadiləsi, rəqəmsal vergi inzibatçılığı, vergi fırıldaqçılığı və vergidən yayınma halları ilə effektiv mübarizə və s. məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Bununla yanaşı, vergi sahəsində ikitərəfli əlaqələrin daha da möhkəmləndirilməsinin zəruriliyi vurğulanıb, inzibatçılığın təkmilləşdirilməsinə dair qabaqcıl təcrübələr nəzərdən keçirilib”.

IOTA prezidenti Orxan Nəzərli Fuk Çuen Ounu təşkilatın Bakıda keçiriləcək 29-cu Assambleyasında iştiraka dəvət edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.