Press "Enter" to skip to content

Qanunsuz saxlanılan silah-sursat aşkar edilib

BAYRAQDAR MEDİA – Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya DİN-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd edilir ki, “martın 6-da polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 qumbaraatan, 2 tapança, 5 qumbara, 2 alışdırıcı, 7 tüfəng, 18 patron darağı, 476 ədəd müxtəlif çaplı patron və 487 ədəd mərmi aşkar edərək götürüblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.