QHT Agentliyi 2025-ci il üzrə qrant müsabiqələrinin nəticələrini təsdiq edib
BAYRAQDAR MEDİA – QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Bu barədə Agentliyin məlumatında qeyd edilib.
Bildirilib ki, “2025-ci il martın 7-də Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib. İclasda Agentliyin 2025-ci il üzrə elan etdiyi böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri layihələri yoxlamış müstəqil ekspertlərin rəyləri nəzərə alınmaqla, kollegial müzakirə olunub və nəticələr təsdiq edilib”.
Qalib QHT-lərin adlarını bu linkdən görmək olar.