Press "Enter" to skip to content

Qadın sahibkarların iqtisadiyyatda rolu artır

BAYRAQDAR MEDİA – Əsasən xidmət, ticarət, sənaye kimi sektorlarda fəaliyyət göstərən qadın sahibkarların davamlı iqtisadi inkişafa və məşğulluğa töhfəsi artmaqdadır. Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindənöz biznesini qurması və sahibkarlıq fəaliyyətini genişləndirməsi üzrə qadınlara dəstəkgöstərir.

Bu barədə BAYRAQDAR MEDİA-ya KOBİA-dan məlumat verilib.

Bildirilib ki, “təkcə 2024-cü ildə 4 mindən çox qadın sahibkar Agentliyin biznes sahəsində bilik və bacarıqların artırılması üçün təlim və məsləhət, 300-dən çoxu isə biznes planın hazırlanmasına dəstək xidmətlərindən istifadə edib.Almaniyada beynəlxalq ixstisasartırma proqramından 10-dan çox qadın sahibkar və menecer yararlanıb”.

Məlumata görə, 2024-cü ildə qadın sahibkarların layihələrinin icrasına 167 min manata yaxın qrant ayrılıb, 8-nə innovativ layihəsini vergidən azad edən “Startap” şəhadətnaməsi verilib: “2024-cü ildə 250-yə yaxın qadın sahibkarın istehsal etdiyi məhsul və xidmətlərin satışına dəstək məqsədilə onların sərgi və yarmarkalarda iştirakına və ticarət şəbəkələrinə çıxışına dəstək göstərilib. Həmçinin, qadınlar arasında sahibkarlıq fəaliyyətinin təşviqi,qadın sahibkarların inkişafının dəstəklənməsi istiqamətində KOBİA tərəfindən mütəmadi olaraq görüşlər təşkil olunur, tərəfdaş qurumlarla birgə ünvanlı layihələr həyata keçirilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.