BAYRAQDAR MEDİA – Fikrət Əmirov I Ümumrespublika Musiqi Festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının təqdimatında bəstəkarın tanınmış dramaturq və şair Cəfər Cabbarlının “Sevil” pyesinin motivləri əsasında yazdığı eyniadlı operanın tamaşası nümayiş etdirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “tamaşada Xalq artisti Azər Zeynalov (Balaş), əməkdar artistlər İnarə Babayeva (Dilbər), Səbinə Vahabzadə (Gülüş), Əliəhməd İbrahimov (Babakişi), Tural Ağasıyev (Əbdüləli bəy), solistlər Fatimə Cəfərzadə (Sevil), Taleh Yahyayev (Atakişi), Fəhmin Əhmədli (Məmmədəli bəy), Esmira Məmmədova (Tafta), Məhəbbət Səfərov (Azançı) çıxış ediblər”.
Sonra xəbərdə qeyd olunur ki , “səhnə əsərinin dirijoru Xalq artisti Cavanşir Cəfərov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Xalq rəssamı Tahir Tahirov, xoreoqraf Əməkdar incəsənət xadimi Yulana Əlikişizadə, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır”.
İlk şərhi yaza bilərsiniz