BAYRAQDAR MEDİA – Belçikanın paytaxtı Brüssel şəhərində “İslam dünyası 2025 Belçika krallığında və Avropada” dinlərarası beynəlxalq konfransı işinə başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Ədalət, Hüquq, Demokratiya (ƏHD) Partiyasının mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “konfransda iştirak edən edən millət vəkili Qüdrət Həsənquliyev bildirib ki, Avropa Parlamentində keçirilən dəyirmi masada nümayəndə heyətinə rəhbərlik edən Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə geniş məruzə ilə çıxış edib, Azərbaycanda dövlət-din münasibətləri, fərqli mədəniyyətin daşıyıcıları olan xalqların və etnik qrupların birgə yaşayışı, cəmiyyətdə mövcud olan tolerantlıq və sivilizasiyalararası dialoq, Azərbaycan Prezidentinin bu məsələyə göstərdiyi diqqət, Azərbaycan torpaqlarının erməni vandalları tərəfindən işğalı və islam abidələrinin, şəhər və qəsəbələrin dağıdılması barədə geniş məlumat verib: “Dəyirmi masada mən və həmkarım Cavanşir Paşazadə, Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov, həmçinin Azərbaycanda fəaliyyət göstərən dini konfessiyaların liderləri də daxil olmaqla çıxış etdik, ölkəmizin Qərbin yürütdüyü ikili standartlardan əziyyət çəkməsindən, qaçqınlarımızdan, Ermənistanın sülh sazişi imzalamaqdan yayınmasından danışdıq, dəyirmi masa iştirakçılarını hər şeyi öz gözləri ilə görmələri üçün Azərbaycana dəvət etdik. Konfrans çərçivəsində görüşlər və tədbirlər bu gün də davam edəcək””.
Millət vəkili həmçinin qeyd edib ki, Şeyx Avropa Parlamentinin televiziyasında çıxış edib və həmin çıxış martın 7-də yayımlanacaq.
İlk şərhi yaza bilərsiniz