BAYRAQDAR MEDİA – Millət vəkili Elçin Mirzəbəyli öncədən müəyyən edilmiş qrafikə uyğun olaraq növbəti vətəndaş qəbulunu Ağsu Rayon İcra Hakimiyyəti başçısının müavini Sevil Mirzəliyevanın iştirakı ilə rayonun Növçü kəndində gerçəkləşdirib.
E.Mirzəbəyli bildirib ki, qəbul zamanı vətəndaş müraciətlərində yer alan məsələlərin bir hissəsi yerli və regional təsisatların dəstəyi ilə yerindəcə həll olunub. Digər müraciətlərdə yer alan problemlərin araşdırılması və həlli üçün müvafiq hökumət qurumları qarşısında məsələ qaldırılacaq.
Millət vəkili vətəndaş qəbuluna verdikləri dəstəyə görə Ağsu rayon İcra Hakimiyyəti başçısının müavini S.Mirzəliyevaya və İcra Hakimiyyətinin əməkdaşlarına minnətdarlığını bildirib.
İlk şərhi yaza bilərsiniz