BAYRAQDAR MEDİA – Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında Liqa yarışının birinci turu keçirilib.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.
Xəbərdə deyilir ki, “Hövsan qəsəbəsində yerləşən Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman Sağlamlıq Mərkəzində keçirilən yarışda 37 klub və idman cəmiyyətindən olan 209 cüdoçu 7 çəki dərəcəsində qalibləri müəyyənləşdirib. Kişi cüdoçular arasında rəqabət səviyyəsinin yüksəldilməsi, onların ustalığının və yarış təcrübəsinin artırılması məqsədilə təşkil olunan Liqa yarışının il ərzində ümumilikdə 3 turunun keçirilməsi nəzərdə tutulub. Sözügedən turnirlərdə cüdoçuların əldə edəcəyi reytinq xalları milli komandanın tərkibinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayacaq. Liqa yarışının yekunu üzrə mükafat fondu nəzərdə tutulub”.
Kişilər
-60 kq
1. Babarəhim Mirzəyev (Qobustan)
2. Murad Əliyev (Abşeron Xırdalan)
3. Sadiq Qurbanov (Turan İK)
3. Amin İsmayılov (DİN İC)
-66 kq
1. Tofiq Məmmədov (Azəri-Cüdo İKİB)
2. Qasım Vəlizadə (FHN İSK)
3. Rəşad Yelkiyev (Kanokan-TT İK)
3. Bəhram Qurbanlı (Atilla İK)
-73 kq
1. İbrahim Əliyev (Judo Klub 2012)
2. Nəriman Mirzəyev (Neftçi İK)
3. Aydın Rzayev (Kanokan-TT İK)
3. Rüfət Şövlətov (Judo Club 2012)
-81 kq
1. Roman Qarayev (Qəbələ (Bakı)
2. Asim Qulamzadə (Aydın Gənclər İK)
3. Əhməd Mehdiyev (Atilla İK)
3. Cahandar Haqverdiyev (Atilla İK)
-90 kq
1. Məmmədrza Hacızadə (Judo Club 2012)
2. İbrahim Ağakişiyev (Neftçi İK)
3. Fəqan Şamilov (Zaqatala İOK)
3. Naim Hüseynov (DİN İC)
-100 kq
1. Elmar Qasımov (Atilla İK)
2. Şamil Qasımov (Judo Club 2012)
3. Hüseyn Məsimov (Fərid İK Sumqayıt)
+100 kq
1. Camal Feyziyev (Neftçi İK)
2. Qurban Məmmədli (Judo Club 2012)
3. Rauf Yadigarlı (Neftçi İK)
İlk şərhi yaza bilərsiniz