BAYRAQDAR MEDİA – Tarixçi, akademik Feridun Mustafa Emecen İstanbul haqqında yazdığı “İstanbul. Tarihi dönüşümlerin kenti” əsərində İstanbulun tarixini bir dönüşüm hekayəsi olaraq anladır. Şəhər bütpərəstlik dövründən xristian Romaya, Osmanlı imperiyasının göz qamaşdıran paytaxtından modernləşmə prosesinə qədər uzanan bir zamanda tarixin kəskin dönüş nöqtələrində yenidən şəkillənir.
BAYRAQDAR MEDİA xəbər verir ki, sözügedən kitab barəsində “ensonhaber.com” saytı məlumat paylaşıb.
Müəllif əsərində İstanbulun geosiyasi əhəmiyyətindən tutmuş mədəni zənginliyinə, imperiyaların xəyallarını bəzəyən strateji kimliyindən, dönüş nöqtəsi olan mühüm hadisələrə qədər bir çox cəhətləri dəqiqliklə bir akademik yanaşma ilə ələ alır.
F.M.Emecenin zəngin mənbələrlə dəstəklənən müxtəlif dövrlərə dair dərin təhlili həm akademiklər, həm də tarix həvəskarları üçün əvəzolunmaz istinad mənbəyidir.
İlk şərhi yaza bilərsiniz