BAYRAQDAR MEDİA – Eskişehirdə hava temperaturunun 2-4 dərəcə artacağı, Sarıcakaya rayonunda isə 18 dərəcəyə qədər yüksələcəyi gözlənilir.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat verib.
Bildirilib ki, “Meteorologiya 3-cü Regional Müdirliyinin açıqladığı hava proqnozuna əsasən, bölgədə havanın az buludlu olacağı təxmin edilir. Havanın temperaturunun 2-4 dərəcə yüksələcəyi gözlənilir. Şərq və şimal-şərq küləyinin gündüz arabir güclənəcəyi, gecə isə mülayimləşəcəyi proqnozlaşdırılır. Digər tərəfdən, Eskişehirdə ən yüksək temperaturun Mihalqazidə 18, Sarıcakaya rayonlarında isə 17 dərəcə olacağı təxmin edilir”.
İlk şərhi yaza bilərsiniz