BAYRAQDAR MEDİA– “Azərbaycan Dəmir Yolları” QSC (ADY) Bakı-Ağstafa-Bakı marşrutuna artan sərnişin tələbatını təmin etmək məqsədilə bu xətt üzrə martın 8 və 9-da əlavə qatar reysləri təyin edir.
Bu barədə BAYRAQDAR MEDİA-ya ADY-dən məlumat verilib.
Bildirilib ki, “sərnişinlər Bakı-Ağstafa-Bakı qatarları ilə ənənəvi qrafiklə hər gün hər iki istiqamətə səfər edə bilər.vHərəkət cədvəli və biletlər haqqında məlumatları dəmir yolu vağzallarının kassalarından, ADY-in saytından (www.ady.az), “ADY Mobile” tətbiqindən və ya 7/24 fəaliyyət göstərən 1822 Əlaqə Mərkəzindən əldə etmək olar”.