Press "Enter" to skip to content

Boyko Borisov: Hökumətdəki çoxluq sabit deyil

Boyko Borisov

BAYRAQDAR MEDİA – GERB Partiyasının lideri Boyko Borisov “Demokratiya, hüquq və azadlıqlar – DPS” sədri Cevdet Çakırovun hökumətə verdikləri dəstəkləri gözdən keçirəcəkləri ilə bağlı açıqlamalarına cavab verib.

Radio Bolqarıstanın məlumatına görə, o, hökumətdəki çoxluğun heç vaxt sabit olmadığını vurğulayıb.

B.Borisov hakim koalisiyanın tamamilə əks fikirdə olan partiyalardan ibarət olduğunu və Bolqarıstanın Avrozonaya daxil olması, həmçinin büdcənin qəbulu ilə bağlı razılaşmanın çətin olduğunu bildirib: “Beləliklə, hər kəs qayığı istədiyi kimi yelləyə bilər”.

Məlumata görə, Cevdet Çakırovun narazılığı Ahmet Doğan tərəfdarı partiyanın təqdim etdiyi nazir müavinləri namizədlərinin həftələrdir təyin olunmaması ilə bağlı olub. Eyni zamanda A.Doğanın partiyasını tərk edən D.Peevskinin rəhbərlik etdiyi DPS-Novo naçalo partiyasının təqdim etdiyi namizədlər təyin olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.