BAYRAQDAR MEDİA – Baş Dövlət Yol Polisi İdarəsi 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə bütün xanımları təbrik edib, həmin gün yol hərəkətində iştirak edən hər kəsin diqqətli və məsuliyyətli davranmasının vacibliyini bir daha xatırladıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən İdarədən daxil olub.
Xəbərdə deyilir ki, “bu il 8 martın həftəsonuna təsadüf etməsi şəhərdaxili yollar və əsas magistrallarda, istirahət mərkəzlərinə və rayonlara gedən yollarda nəqliyyat vasitələrinin və sərnişin axınının artacağını göstərir. Bu isə sürücülərdən və piyadalardan daha çox diqqət və məsuliyyət tələb edir”.
Sonra xəbərdə, “sürücülər sükan arxasında diqqətli olmalı, sürət həddinə riayət etməli, piyada keçidlərindən yalnız nəzərdə tutulmuş qaydalara uyğun istifadə etməlidirlər. Yolda tələskənlik, qaydalara laqeyd yanaşmaq və diqqətsizlik xoş olmayan hadisələrlə nəticələnə bilər. Piyadalar da yollarda ehtiyatlı davranmalı, qəfil yolun hərəkət hissəsinə çıxmamalı, yalnız müəyyən olunmuş keçidlərdən istifadə etməlidirlər” deyə bildirilir.
İlk şərhi yaza bilərsiniz