Press "Enter" to skip to content

Azərbaycan yığması dünya çempionatına yollanıb

Azərbaycan yığması dünya çempionatına yollanıb

BAYRAQDAR MEDİA – Serbiyanın Niş şəhərində qadın boksçular arasında dünya çempionatı keçiriləcək. Martın 8-16-da keçiriləcək mundailda Azərbaycan millisi də mübarizə aparacaq.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “yığmanın baş məşqçisi İlkin Ağayev yarışda Anaxanım İsmayılova (48 kq), Marjona Savriyeva (50 kq), Zeynəb Rəhimova (54 kq), Aynur Mikayılova (57 kq), Emili Rzayeva (70 kq) və Aynur Rzayevaya (+81 kq) şans verəcək”.

Dünya çempionatına bir gün öncə yollanan Azərbaycan millisi martın 17-də Bakıya qayıdacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.