BAYRAQDAR MEDİA – Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turnirində 1/4 final mərhələsinə yekun vurulub. Görüşlərin nəticəsinə əsasən Azərbaycan millisinin daha bir idmançısı adını yarımfinala yazdırıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə bildirilir ki, “Zidan Hümbətov (54 kq) ikinci döyüşündə İlgiz Korqonbayevə (Qırğızıstan) qalib gəlib. O, rəqibini ikinci raundda tam üstünlüklə məğlub edib. Hümbətov yarımfinalda Ali Muratla (Qazaxıstan) üz-üzə gələcək. Görüş martın 8-də olacaq. Azərbaycan boksçusu yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib”.
Qeyd edək ki, “Adriatik incisi”ndə daha 3 Azərbaycan boksçusu yarımfinalda mübarizə aparacaq. Banuçiçək Nəsirli (48 kq) Natalya Nieviadomska (Polşa) ilə, Özləm Həsənova (66 kq) Akbota Yessimbekova (Qazaxıstan) ilə, İlkanə Əhmədova (+81 kq) Sabina Jaksiliklə (Qazaxıstan) döyüşəcək.
İlk şərhi yaza bilərsiniz