Press "Enter" to skip to content

Ünvanlı yardım alan ailələrin sayı artıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Azərbaycanda ünvanlı yardım alan ailələrin sayı 2018-ci ilə nisbətən ötən dövrdə 1,8 dəfə artaraq 42,7 mindən 2024-cü ildə 76 minə, ailə üzvlərinin sayı isə 173,1 mindən 334 minə çatıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “hər ailəyə düşən ünvanlı yardımın orta aylıq məbləği 2018-ci ildəki 175 manatdan 2,7 dəfə artaraq 2024-cü ildə 473 manata çatıb. Ünvanlı yardımlar üzrə əhaliyə ödənilən vəsaitlərin illik həcmi həmin dövrdə 4 dəfəyə yaxın artıb və bu istiqamətdə hazırda illik 400 milyon manat ətrafında vəsait yönəldilir”.

Məlumata görə, ümumilikdə 2018-2024-cü illərdə ünvanlı sosial yardım proqramı üzrə əhaliyə 1,7 milyard manat vəsait ödənilib: “Ünvanlı sosial yardım təyin edilmiş ailələrdəki 1 yaşadək uşaqlara görə həmin ailələrə aylıq müavinət də ödənilir və bu müavinətin məbləği 2018-2024-cü illərdə 2 dəfəyə yaxın artırılaraq 100 manata çatdırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.