Press "Enter" to skip to content

Universitetlər arasında 40 qarşılıqlı anlaşma memorandumu imzalanıb

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Xəbər verdiyimiz kimi, martın 4-də ADA Universitetində Qazaxıstan və Azərbaycan universitetləri arasında əməkdaşlığın genişləndirilməsinə həsr olunmuş dəyirmi masa keçirilib.
Dəyirmi masa çərçivəsində iki ölkənin universitetləri arasında 40 qarşılıqlı anlaşma memorandumunun imzalanma mərasimi baş tutub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Məlumata görə, iki qardaş ölkənin müvafiq elmi qurumları arasında, həmçinin akademik mobilliyə, birgə tədqiqatlara və elmi əməkdaşlığa xüsusi diqqət ayrılması barədə razılıq əldə edilib.

BildiRilib ki, “tərəflər Qazaxıstanın Elm və Ali Təhsil Nazirliyi ilə Azərbaycanın Ali Attestasiya Komissiyası arasında əhəmiyyətli bir sənədin imzalandığını da qeyd ediblər. 3 mart tarixində Qazaxıstanın Baş Nazirinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanmış bu saziş, tədqiqat işlərinin nəşri üçün təklif olunan elmi nəşrlər siyahısının formalaşdırılması sahəsində əməkdaşlığı müəyyənləşdirir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.