BAYRAQDAR MEDİA – Rza Səlimi Qolu, Səməd Heydəri Dəstcerdi və Əmin Tağızadə Yüzbaşlu Ədliyyə-Məhkəmə Sisteminin elektron sistemi vasitəsilə bildirişlə çağırılıblar.
Xəbəri “Azad İran” Telegram kanalı yayıb.
Xəbərə görə, “onların iddia olunan ittihamlara qarşı son müdafiəni təqdim etmək üçün 5 gün müddətinə Təbriz şəhəri Baş və İnqilab Prokurorluğunun 10-cu İstintaq Şöbəsində izahat vermələri qərara alınıb. Bildirişdə milli fəallar “İslam Respublikası əleyhinə təbliğat, hökumət əleyhinə şüarlarla dolu plakatlar asmaq, daxili təhlükəsizliyə qarşı hərəkətlər və şəhər ərazisində digər dövlətin bayrağını asmaq” maddələri ilə ittiham olunurlar”.
İlk şərhi yaza bilərsiniz