Press "Enter" to skip to content

Türkiyədə diqqətçəkən kampaniya çərçivəsində 6 min kitab toplanıb

Türkiyədə diqqətçəkən kampaniya çərçivəsində 6 min kitab toplanıb

BAYRAQDAR MEDİA – Türkiyənin Antalya şəhərində bir kafe kitab oxuma vərdişini təşviq etmək məqsədi ilə başlatdığı “Kitab gətirənə qəhvə bizdən” kampaniyasını sosial məsuliyyət layihəsinə çevirib.

BAYRAQDAR MEDİA xəbər verir ki, bu barədə “sozcu.com.tr” saytı məlumat paylaşıb.

“Həyat paylaşıldığında gözəldir” şüarı ilə həyata keçirilən layihəyə İl Milli Təhsil Müdirliyi də dəstək verib.

Kampaniya çərçivəsində kitabxanalara hədiyyə edilmək üçün kitab gətirənlər türk qəhvəsinə qonaq edilib. Layihəyə dəstək olmaq istəyən özəl məktəb şagirdləri isə 13 qutu kitabla iştirak ediblər.

Təhsilə və kitab oxuma vərdişlərinin çoxalmasına töhfə vermək üçün önəmli bir layihə həyata keçirdiklərini bildirən iş adamı Bahri Kaya, “Bu layihəni təklif edən dəyərli həyat yoldaşıma və dəstək olan Milli Təhsil Müdirimizə təşəkkür edirəm. Biz kitab gətirənləri qəhvəyə qonaq edirik, toplanan kitabları isə məktəblərə bağışlayırıq” deyib.

Layihə çərçivəsində 6 minə yaxın kitab topladıqlarını deyən B.Kaya, hər kəsin bu sosial layihəyə dəstək verməsini gözlədiklərini söyləyib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.