Press "Enter" to skip to content

Proses davam etdirilir

“Adobe Systems Software Ireland Limited”şirkəti ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb

BAYRAQDAR MEDİA – “Vergi orqanları tərəfindən elektron ticarətin vergiyə cəlb olunması istiqamətində aparılan islahatlar çərçivəsində xarici şirkətlərin ƏDV məqsədləri üçün uçota alınması prosesi davam etdirilir”.

Dövlət Vergi Xidmətindən BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Qeyd edilir ki, daha bir nüfuzlu beynəlxalq şirkət bu məqsədlə Dövlət Vergi Xidmətinin Portalında elektron qaydada vergi uçotuna alınıb.

Məlumata görə, “Adobe Systems Software Ireland Limited” şirkətinin Azərbaycan Respublikasında ƏDV məqsədləri üçün qeydiyyatı 2025-ci il martın 1-dən etibarən qüvvəyə minib: “Vergi Məcəlləsinin 33.8-1-ci və 169.8-ci maddələrinin tələblərinə uyğun olaraq, həmin tarixdən etibarən şirkətin təqdim etdiyi xidmətlərin alınmasına görə fiziki şəxslərin həyata keçirdiyi ödənişlər zamanı banklar tərəfindən ƏDV məbləği hesablanmayacaq. “Adobe Systems Software Ireland Limited” qrafik dizayn, multimedia məzmunu, sənədlərin idarə edilməsi və proqram təminatı həlləri üzrə dünya miqyasında tanınmış şirkətdir. “Adobe Creative Cloud”, “Adobe Acrobat”, “Adobe Photoshop” və digər proqram məhsulları vasitəsilə istifadəçilərə rəqəmsal yaradıcılıq və biznes həlləri təqdim edən şirkət İrlandiyada qeydiyyatdan keçib və fəaliyyətini beynəlxalq səviyyədə həyata keçirir”.

Qeyd edilib ki, “2024-cü ilin sonlarında “Apple Distribution International Limited” şirkəti də Azərbaycanda Respublikasında ƏDV məqsədləri üçün elektron qaydada vergi uçotuna alınıb. DVX bu prosesin davamlı olması üçün müvafiq tədbirlər həyata keçirir. Bu addımlar elektron xidmətlərin vergitutma bazasının genişləndirilməsi, vergi inzibatçılığının təkmilləşdirilməsi və ədalətli rəqabət mühitinin formalaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.