BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) oxucularına dünya səviyyəli elmi resurslardan istifadə imkanı yaradır.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.
Xəbərdə bildirilir ki, “MEK-in beynəlxalq tərəfdaşlığı çərçivəsində əldə olunan razılaşmaya əsasən Britannica Academic Edition məlumat bazasına pulsuz giriş imkanı təmin edilib. Artıq kitabxananın oxucuları sadəcə bir axtarışla aktual elmi mənbələrə, vizual və audio materiallara çıxış əldə edə biləcəklər. Xüsusi təqdim olunan link vasitəsilə istifadəçilər yalnız ID daxil etməklə Britannica Academic Edition platformasına istənilən cihazdan (PC, MacBook, iPad, planşet, smartfon və s.) qoşula biləcəklər. Bundan əlavə, xidmətin mobil tətbiq (app) kimi istifadəsi də mümkündür”.
Daha sonra xəbərdə, “Britannica Academic Edition — bütün fənlər və mövzular üzrə geniş və dərin məlumat təqdim edən elmi resursdur. Platformada 85 mindən artıq məqalə, 800 mindən artıq tammətnli jurnal, 50 mindən artıq şəkil, 2 mindən artıq video, 10 mindən artıq e-kitab və əsas mənbələr yer alır. Bundan əlavə, portal Bioqrafiya bölməsi, Dünya Atlası və “Timeline” kimi funksiyaları da təqdim edir.
Qeyd edək ki, MEK istifadəçiləri üçün sınaq giriş 15 aprel 2025-ci il tarixinədək aktiv olacaq.
Daha geniş mənbələrdən elmi araşdırma aparmaq istəyən tədqiqatçılar da bu fürsətdən yararlana bilərlər.
İlk şərhi yaza bilərsiniz