BAYRAQDAR MEDİA – İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) baş katibi İsiaka Abdulqadir İmamla görüşüb.
Bu barədə BAYRAQDAR MEDİA-ya İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Məlumata görə, görüşdə Azərbaycanın təşkilatla əlaqələrin güclənməsinə önəm verdiyi vurğulanıb, davamlı iqtisadi artıma nail olunması istiqamətində birgə təşəbbüslərin əhəmiyyəti qeyd edilib: “Tərəflər təşkilatla Azərbaycan arasında əməkdaşlığın perspektivləri, ikitərəfli münasibətlərin gücləndirilməsi imkanları, ölkəmizin beynəlxalq quruma üzvlüyü çərçivəsində atılacaq addımlar və qarşılıqlı maraq doğuran digər məsələlər haqqında müzakirələr aparıblar”.
İlk şərhi yaza bilərsiniz