Press "Enter" to skip to content

Güney Azərbaycanlı üçəmlər 5 aydan sonra şəhadətnamə ala bildi

Güney Azərbaycanlı üçəmlər 5 aydan sonra şəhadətnamə ala bildi

BAYRAQDAR MEDİA – 5 ay 17 günlük mübarizədən sonra Güney Azərbaycanlı Məsud Səfəri üçəm övladlarına doğum haqqında şəhadətnamə ala bilib.

Xəbəri “Azad İran” Telegram kanalı “Dan.magazin”ə istinadən yayıb.

Bildirilib ki, ““Balamın Adı” kampaniyasının məlumatına görə, biri qız və ikisi oğlan olan bu üçəmlər 2024-cü il sentyabrın 5-də dünyaya gəlib və valideynləri onlara Sevgi, ElnurElşən türk adlarını seçiblər. Təbriz Vətəndaş Qeydiyyatı İdarəsi bu adlara görə şəhadətnamə verməkdən imtina edib. İdarə işçiləri “Həmzə” hərfi olan adlara şəhadətnamə verilməməsi ilə bağlı göstəriş gəldiyini vurğulayıb və şəhadətnamələrin veriləcəyi təqdirdə bu adların “Sugi”, “Əl-Nur” və “Əl-Şən” kimi yazılacağını bildiriblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.