BAYRAQDAR MEDİA – Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Cumhurbaşqanı Ersin Tatara Kıbrıs mövzusunda Cenevrədə keçiriləcək görüş üçün dəvət məktubu göndərib.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “E.Tatar dəvəti martın 4-də aldığını deyib, KKTC Cumhurbaşqanı “Cənab Quterreş dəvət məktubunda görüş proqramı ilə bağlı hazırkı yekun məlumatları paylaşdı. Qeyri-rəsmi görüş martın 17-də şam yeməyi ilə başlayacaq. İkitərəfli danışıqlar martın 18-i səhər saatlarında reallaşacaq. Ardınca BMT-nin Cenevrədəki mənzil-qərargahında keçiriləcək və günortadan sonra başa çatacaq geniş tərkibdə görüş olacaq”deyib”.
İlk şərhi yaza bilərsiniz