BAYRAQDAR MEDİA – Martın 12-də minifutbol üzrə dünya çempionatının püşkatma mərasimi keçiriləcək.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “paytaxt Bakıda təşkil olunacaq tədbirdən əvvəl komandaların yerləşəcəyi səbətlər bəlli olub. Dünya çempionatında iştirak edən 32 komanda dörd səbətə bölünüb. Mundialın əsas favoritlərindən sayılan Azərbaycan millisi 1-ci səbətdə yer alıb”.
Qeyd edək ki, püşkatma mərasiminin məkanı və başlama saatı ilə bağlı əlavə məlumat veriləcək.
İlk şərhi yaza bilərsiniz