Press "Enter" to skip to content

Azərbaycan idmançısı qazaxıstanlı boksçunu məğlub edib

Azərbaycan idmançısı qazaxıstanlı boksçunu məğlub edib

BAYRAQDAR MEDİA – Monteneqronun Budva şəhərində gənc boksçular arasında Dünya kuboku statuslu “Adriatik incisi” beynəlxalq turniri davam edir. Yarışın üçüncü günündə Azərbaycan millisinin daha bir idmançısı mərhələ adlayıb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə bildirilir ki, “48 kq çəkidə mübarizə aparan Banuçiçək Nəsirli 1/4 final çərçivəsində qazaxıstanlı Aiym Tankibayeva ilə üz-üzə gəlib. Görüş Azərbaycan boksçusunun qələbəsi ilə başa çatıb – 3:2 (29:28, 28:29, 29:28, 29:28, 27:30). Bildirək ki, o, yarımfinalda Natalya Nieviadomska (Polşa) ilə döyüşəcək. Görüş martın 7-də olacaq”.

Qeyd edək ki, B.Nəsirli yarımfinala yüksəlməklə özü üçün azı bürünc medalı təmin edib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.