BAYRAQDAR MEDİA – Novruz və Ramazan bayramları ərəfəsində və tətil günlərində Bakıdan Naxçıvana və əks istiqamətdə olan uçuşlara tələbat ənənəvi olaraq artır. Bu səbəbdən Azərbaycanın milli aviadaşıyıcısı AZAL sözügedən dövr ərzində səyahət etməyi planlaşdıran sərnişinlərə aviabiletləri əvvəlcədən əldə etməyi tövsiyə edir.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya “Azərbaycan Hava Yolları” QSC-nin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “aviadaşımaların pik dövrləri hər zaman sərnişin axınının artması ilə müşayiət olunur və populyar istiqamətlərə biletlər daha tez satılır. Sərnişinlərə Bakı-Naxçıvan-Bakı marşrutu üzrə ən uyğun uçuş vaxtını seçmək və səyahəti daha komfortlu etmək məqsədilə aviabiletləri öncədən almaq məsləhət görülür”.
Sonra xəbərdə, “zərurət yaranarsa, bu istiqamət üzrə uçuşların sayı artırılacaq ki, bu da sərnişinlərə rahat səyahət imkanı yaradacaq. Qeyd edək ki, aviabiletləri aviaşirkətin www.azal.az rəsmi saytından, mobil tətbiqindən və ya AZAL-ın kassalarından əldə etmək mümkündür” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz