Press "Enter" to skip to content

Məhkumlarla növbəti görüş olub

Məhkumlarla növbəti görüş olub

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyi (SXA) Ədliyyə Nazirliyinin Penitensiar xidmətinin Yetkinlik Yaşına Çatmayanlar üçün Tərbiyə Müəssisəsində məhkumlarla növbəti görüş təşkil edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Agentliyin fəaliyyət istiqamətləri ilə bağlı təqdimatlar edilib. Yetkinlik yaşına çatmayan məhkumların azad edildikdən sonra sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması sahəsində qurumun gördüyü işlər qeyd olunub. Habelə, həmin şəxslərə göstərilən sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı və sosial-məişət xidmətləri haqqında məlumatlar verilib”.

Daha sonra xəbərdə, “iştirakçıların diqqətinə çatdırılıb ki, bu kateqoriyadan olan şəxslərə yardımlar könüllülük prinsipi və şəxsin razılığı əsasında həyata keçirilir. Cəzaçəkmədən azad olunan şəxslərin ailələrinə səfərlər təşkil olunur və qiymətləndirmənin nəticəsindən asılı olaraq onlar müvafiq xidmətlərlə əhatə olunurlar” deyə bildirilir.

Sonda yetkinlik yaşına çatmayan 20 məhkumun anket sorğusu əsasında qiymətləndirməsi aparılıb. Azadlığa çıxdıqdan sonra onların sosial-psixoloji yardım xidmətinə cəlb edilməsi nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.