Press "Enter" to skip to content

Musiqili Teatrın tamaşasına Lənkəranda böyük maraq

Musiqili Teatrın tamaşasına Lənkəranda böyük maraq

BAYRAQDAR MEDİA – Mədəniyyət Nazirliyinin regionlarda qastrol səfərlərinin təşkil edilməsi barədə əmrinə əsasən Azərbaycan Dövlət Akademik Musiqili Teatrının yaradıcı heyəti Lənkəranda olub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Lənkəran Dövlət Dram Teatrının səhnəsində kollektivin uğurla nümayiş etdirdiyi “Molla Nəsrəddinin beş arvadı” (İ.Sadıqov, quruluşçu rejissoru Əməkdar incəsənət xadimi Əsgər Əsgərov) komediyası alqışlarla qarşılanıb”.

Qeyd edək ki, türk dünyasının kamillik, müdriklik simvolu olan Molla Nəsrəddinin beş arvadı ilə macəralarından bəhs edən bu gülüş dolu tamaşada teatrın sevilən simaları əməkdar artistlər Əkbər Əlizadə, İqrar Salamov, aktyorlar Gülcahan Salamova, Ülviyyə Əliyeva, Gülnarə Abdullayeva, Gülnarə Əzizova, Türkel Tariqpeyma, Əliməmməd Novruzov, Fərid Rzayev, Ruslan Mürsəlov iştirak ediblər.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.