Press "Enter" to skip to content

Ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər

Ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər

BAYRAQDAR MEDİA – Polis əməkdaşları tərəfindən ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirlər keçirilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “növbəti tədbirlər zamanı polis əməkdaşları İsmayıllı rayonunun Mücühəftəran, Qəbələ rayonunun Mirzəbəyli, Hacıalılı kəndləri və Nic qəsəbəsi ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən quyular aşkar ediblər. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına və qanunsuz kömür istehsal etdiyinə görə 4 nəfər barəsində inzibati tənbeh tədbiri tətbiq edilib”.

Sonra xəbərdə, “bundan başqa Qəbələ şəhəri ərazisində məişət tullantılarını urnalardan kənara atdığına görə 1 nəfər barəsində inzibati tənbeh tədbiri görülüb. Bu istiqamətdə tədbirlər davam etdirilir. Araşdırma aparılır” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.