BAYRAQDAR MEDİA – “Mədəniyyət Könüllüləri” İctimai Birliyi tərəfindən yeni “Dublyaj” layihəsinə başlanılıb.
Bu barədə xəbər BAYRAQDAR MEDİA-ya Mədəniyyət Nazirliyinin mətbuat xidmətindən daxil olub.
Xəbərdə deyilir ki, “layihə üzrə dünyanın məşhur animasiya filmlərinin Azərbaycan dilində səsləndirilməsi həyata keçirilir. Layihənin məqsədi gənclərin yaradıcılıq potensialını üzə çıxarmaq, ana dilində keyfiyyətli dublyaj işlərinə dəstək olmaq və mədəni irsin inkişafına töhfə verməkdir”.
Sonra xəbərdə, “ilk olaraq mədəniyyət könüllüsü İlahə Alxasova məşhur “Buzlar diyarı” (“Frozen”) animasiya filminin sevimli qəhrəmanı Annanın mahnısını Azərbaycan dilində ifa edib. Çəkiliş prosesi Mədəniyyət Nazirliyinin Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzində aparılıb. “Mədəniyyət Könüllüləri” İB “Dublyaj”ın növbəti buraxılışları ilə tamaşaçıların görüşünə gələcək” deyə qeyd olunur.
İlk şərhi yaza bilərsiniz