BAYRAQDAR MEDİA – “Dünya qeyri-müəyyənliyin hökm sürdüyü, klassik diplomatik prosedurların və beynəlxalq münasibətlər sisteminin keçərli olmadığı bir dövrdən keçir”.
Bunu qardaş Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Dr. Alptekin Cihangir İşbilir deyib.
O bildirib ki, beynəlxalq təşkilatlar, xüsusilə də Birləşmiş Millətlər Təşkilatı çağın problemlərinə effektiv həll yolları tapmaqda çətinlik çəkir.
Müşavir, çoxtərəfliliyin beynəlxalq təhlükəsizlik arxitekturasında yerini itirdiyini bildirib.
“Türkiyə özünün məhsuldar və humanitar xarici siyasət yanaşmasına uyğun olaraq əhatəli, şəffaf və hesabatlı bir sistem qurmağa çalışır” deyən Dr. Alptekin Cihangir İşbilir əlavə edib ki, mövcud beynəlxalq sistem sülh yarada bilməyəcək.
Müşavir sonda, “Ədalət, sanksiyalar və sülh gətirə bilməyən bu sistemi islah etmək və dəyişdirmək üçün hamımızın birlikdə hərəkət etmə vaxtıdır” deyə vurğulayıb.
İlk şərhi yaza bilərsiniz