Press "Enter" to skip to content

“Bu 4 ildə saytımız ayaqda durmağı, yeriməyi bacarıb”

Qalib İbrahimoğlu: Bakıvaxtı.az qısa müddətdə Azərbaycanın onlayn media məkanında öz yerini tutub, öz sözünü deyib

BAYRAQDAR MEDİA – “Saytımız 2021-ci il martın 5-dən fəaliyyətə başlayıb. Bu gün artıq 4 yaşımız tamam olur”.

Bunu BAYRAQDAR MEDİA-ya Bakıvaxtı.az xəbər portalının baş redaktoru Qalib İbrahimoğlu deyib.

Qeyd edək ki, bu gün xəbər portalının fəaliyyətə başlamasının 4 ili tamam olur.

“Ortaya peşəkar iş çıxarmağa çalışmışıq”

Bəs, geridə qalan 4 ildə Bakıvaxtı.az nələrə nail olub?

Həmin sualı cavablandıran Q.İbrahimoğlu deyib ki, Bakıvaxtı.az qısa müddətdə Azərbaycanın onlayn media məkanında öz yerini tutub, öz sözünü deyib.

Qalib İbrahimoğlu
Qalib İbrahimoğlu

Baş redaktor bildirib ki, “Bu 4 ildə saytımız ayaqda durmağı, yeriməyi bacarıb. Ortaya peşəkar iş çıxarmağa çalışmışıq və buna da nail olmuşuq. Aparıcı media qurumlarının belə istinad etdikləri Bakıvaxtı.az bütün bunlara kiçik, ancaq peşəkar komandayla nail olub”.

Bakıvaxtı.az müstəqil media siyasəti yürüdür

Baş redaktor, həmçinin “saytımız “bağça” yaşındadır. Ancaq “məktəbli”, hətta “tələbə” saytların həsədlə, bəzən paxıllıq və qısqancıqla baxdıqları saytdır. Müstəqil media siyasəti yürüdən Bakıvaxtı.az siyasət, iqtisadiyyat, hərbi, sosial, mədəniyyət, səhiyyə, idman, kriminal sahələr üzrə təkcə ölkəmizdə deyil, regionda, eləcə də dünyada baş verən ən mühüm məlumatları işıqlandırır. Öz sahələrinin peşəkarları olan şəxslər saytımızla əməkdaşlıq edir” deyə əlavə edib.

Hədəflər arasında yeni multimedia layihələri həyata keçirmək də var

Hədəfə gəlincə, baş redaktor aşağıdakıları bildirib: “Hədəfimiz ancaq böyüməkdir. Əldə etdiyiklərimizlə arxayınlaşmırıq, “bundan daha yaxşısını edəcəyik” prinsipiyıə gələcəyə addımlayırıq. Dəyərli oxucularımıza təşəkkür edirəm. Onların qiyməti bizim üçün önəmlidir. Qarşıya qoyduğumuz məqsədlər arasında oxucu kütləsini genişləndirmək, xəbərlərin keyfiyyətini artırmaq və yeni multimedia layihələri həyata keçirmək kimi hədəflərimiz var”.

Biz də BAYRAQDAR MEDİA olaraq başda Qalib İbrahimoğlu olmaqla Bakıvaxtı.az xəbər portalının kollektivini təbrik edir, yeni uğurlar arzulayırıq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.