BAYRAQDAR MEDİA – İlaxır çərşənbələrdən ikincisi olan Od çərşənbəsi uzun illərdən sonra ilk dəfə olaraq Xocalının Ballıca kəndində də qeyd olunub. Ballıca kəndinə köç edən ailələr çərşənbə tonqalı qalayıblar.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məlumata görə. çərşənbə xonçası bəzənib, tonqal ətrafında şənlik təşkil edilib: “Sakinlər bildiriblər ki, bu gün Xocalıda və Ballıca kəndində qalanan çərşənbə tonqalı həm köhnə illərin ağrı-acılarının yanıb külə dönməsinin, həm də istiliyin, həyat enerjisi və diriliyin rəmzini ifadə edir”.