Press "Enter" to skip to content

Azərbaycan Prezidenti qardaş ölkədə

Azərbaycan Prezidenti qardaş ölkədə

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev martın 5-də qardaş Türkiyənin Cümhurbaşqanı Recep Tayyip Erdoğanın dəvəti ilə Ankaraya işgüzar səfərə gəlib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Bildirilib ki, “Ankaranın Esenboğa Hava Limanında Azərbaycan Prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü. Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşıladı.”

Mətbuat xidmətinin yaydığı digər xəbərdə, dövlət başçılarının Iğdır-Naxçıvan qaz kəmərinin videobağlantı formatında açılış mərasimində iştirak etdikləri bildirilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.