Press "Enter" to skip to content

75 min ailə ünvanlı yardımla təmin olunur

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi

BAYRAQDAR MEDİA – Aztəminatlı ailələrin rifahına mühüm dəstək olan ünvanlı dövlət sosial yardımı proqramı hazırda 331 min ailə üzvü olan 75 min ailəni əhatə edir. Həmin ailələrə hər ay orta hesabla 470 manat ödənilir.

Bu barədə BAYRAQDAR MEDİA-ya Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “son illər ünvanlı yardım proqramına əlçatanlığın artırılması, yardımın təyinat şərtlərinin yumşaldılması üçün qanunvericilikdə bir sıra dəyişikliklər edilib. Ötən il isə “Ünvanlı yardım” e-sistemi yenidən qurulmaqla, yardım üçün müraciət proseduru xeyli sadələşdirilib. Yardım üçün müraciət edən şəxslərdən artıq ailə üzvlərinin sosial ödəniş almaları, tələbə, şagird, işsiz, keçmiş məcburi köçkün, hərbi xidmətdə olmaları, daşınmaz əmlakı, torpaq pay mülkiyyəti, kommunal xərcləri, əlilliyinin olması və s. məlumatları qeyd etmələri tələb olunmur. Eləcə də ailənin maddi-məişət şəraiti yoxlanarkən abonent, sayğac nömrələri, həyətyanı sahə və digər məlumatların “Ərizə-bəyannamə”də düzgün göstərilmədiyi aşkarlandıqda, bu məlumatlara yerindəcə düzəliş edilməklə, müraciətə yenidən baxılır”.

Məlumata görə, ünvanlı yardım almış ailə yardım üçün təkrar müraciət etdikdə isə, əgər: ailənin tərkibi və yaşayış ünvanı dəyişməyibsə, ailədə ailə başçısını itirməyə görə pensiya və ya müavinət alan varsa, ailədə I dərəcə əlilliyi olan ailə üzvü varsa, II dərəcə əlilliyi olan iki və daha çox ailə üzvü varsa, üç və daha çox uşaq varsa, ailənin maddi-məişət şəraitinin müayinəsi aparılmır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.