Press "Enter" to skip to content

33 ildən sonra yandırılan çərşənbə tonqalı

Həsənriz kəndində qalanan tonqal

BAYRAQDAR MEDİA – Ağdərə rayonunun Həsənriz kəndinə qayıdan ailələr 33 ildən sonra ilk dəfə olaraq Od çərşənbəsi tonqalı yandırıb.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidməti publik hüquqi şəxsin ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, “öz doğma torpaqlarına qayıdan sakinlər Od çərşənbəsini bayramı coşqusu ilə qeyd ediblər. Kəndin mərkəzində çərşənbə tonqalı yandırılıb. Tonqal ətrafına yığışan sakinlər burada bir-birlərini təbrik ediblər”.

Qeyd edək ki, “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad olunmuş torpaqlara keçmiş məcburi köçkün ailələrinin köçürülməsi təmin edilir. Martın 4-də Ağdərə rayonunun Həsənriz kəndinə 25 ailə, 91 nəfər köçürülüb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.