Press "Enter" to skip to content

Türküstanın xüsusi statusu haqqında qanun imzalanıb

Türküstan şəhəri

BAYRAQDAR MEDİA – Qazaxıstan Prezidenti Qasım Jomart-Toqayev Türküstan şəhərinə xüsusi status verən qanunu imzalayıb.

Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.

Bildirilib ki, “qanuna görə, şəhərin tarixi və mədəni irsinin qorunması, inkişafı və təbliği kimi məsələlərlə bağlı addımlar atılacaq. Eyni zamanda, qanun şəhərin tarixi-mədəni irsi obyektlərinin, eləcə də tarix və mədəniyyət abidələrinin idarə edilməsində səmərəliliyin, qorunmasının və bütövlüyünün təmin edilməsini özündə ehtiva edir. Qanun, həmçinin Xoca Əhməd Yasəvi türbəsi ilə diəgr qorunan ərazilərdə arxeoloji və elmi bərpa işlərinin planlaşdırılması və idarə olunmasını nəzərdə tutur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.