Press "Enter" to skip to content

Təhsil sahəsində əlaqələr genişlənir

Bakıda Qazaxıstan universitetlərinin təhsil sərgisi keçirilir

BAYRAQDAR MEDİA – Azərbaycan və Qazaxıstan arasında bir çox sahələrdə olduğu kimi, təhsil sahəsində də əlaqələr genişlənir. Bu gün Bakıda rəsmi aşılışı keçiriləcək Qazaxıstan universitetlərinin təhsil sərgisi isə bu istiqamətdə atılan növbəti addımdır.

Məlumat üçün bildirək ki, Qazaxıstan Respublikasının elm və ali təhsil naziri və bir sıra universitetlərinin nümayəndə heyətlərinin Azərbaycana səfəri çərçivəsində 4-5 mart tarixlərində Bakı İdman Sarayında təhsil sərgisi keçiriləcək.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Bildirilib ki, təhsil sərgisində Qazaxıstanın 20-dən çox ali təhsil müəssisəsi iştirak edəcək: “Sərgi çərçivəsində Qazaxıstanda müxtəlif təhsil səviyyələri və ixtisas istiqamətləri üzrə təhsil imkanları barədə iştirakçılara məlumat veriləcək”.

Məlumata əsasən, sərginin açılışı martın 4-də saat 15:30-da olacaq. Bundan öncə isə saat 11:00-da ADA Universitetində universitet rektorlarının dəyirmi masası keçiriləcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.