BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsi nəzdindəki Halk Ekmekdə istehsal edilən Ramazan pidesi bu il də vətəndaşların böyük marağına səbəb olub.
Bu barədə eskisehir.net saytı məlumat yayıb.
Bildirilib ki, “sərfəli qiyməti və dadı ilə diqqət çəkən “Halk pide”yə Ramazan ayının ilk günündən Eskişehirlilər tərəfindən böyük tələbat alıb. Gigiyenik şəraitdə istehsal edilən 300 qramlıq Ramazan pideləri Halk Ekmek dükanlarında 15 TL-dən satışa çıxarılır. Şəhər daxilində 67 fərqli nöqtədə satışa çıxarılan xalq pideləri minlərlə evə çatdı və süfrələrə bolluq qatıb”.
İlk şərhi yaza bilərsiniz