BAYRAQDAR MEDİA – Qazaxıstan 3-7 mart 2025-ci il tarixlərində BMT-nin Nyu-Yorkdakı mənzil-qərargahında keçirilən BMT-nin Nüvə Silahlarının Qadağan edilməsi haqqında Müqaviləsinə (TPNW) üzv dövlətlərin Üçüncü Toplantısına sədrlik edəcək.
Bu barədə Kırım Haber Ajansı məlumat yayıb.
Bildirilib ki, “Qazaxıstan Xarici İşlər Nazirinin birinci müavini Akan Raxmetullin 3-7 mart tarixlərində keçiriləcək TPNW-yə üzv dövlətlərin Üçüncü Toplantısının sədri seçilib. Toplantıda nüvə münaqişəsinin humanitar nəticələri, müqaviləyə ümumən riayət edilməsi, zərərçəkənlərə yardım, ətraf mühitin bərpası və beynəlxalq əməkdaşlıq məsələləri müzakirə olunacaq. Bundan əlavə, müqavilənin həyata keçirilməsinə dair elmi və texniki məsləhətlər və tərksilah səylərində gender məsələləri müzakirə ediləcək”.
Rəsmi sessiyalarla yanaşı, nüvə silahsızlanmasının müxtəlif aspektləri yan tədbirlər və sərgilər vasitəsilə işıqlandırılacaq.
İlk şərhi yaza bilərsiniz