Press "Enter" to skip to content

Lənkəranda sahibkarlarla görüş

Lənkəranda sahibkarlarla görüş

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Lənkəran rayonunda kartof və çiyələk ixracına hazırlıq, ixracın təşkili və qarşıda duran məsələlərin həlli ilə bağlı görüş keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüşdə ixracın çevik təşkil edilməsi məqsədi ilə tənzimləmə işlərinin koordinasiyası, inzibatçılğın təkmilləşdirilməsi və fermerlərin maarifləndirilməsi istiqamətində Agentlik tərəfindən mütəmadi olaraq görüşlərin keçirildiyi və fermerlərə dəstək göstərildiyi bildirilib. Bu sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə ixrac əməliyyatları ilə bağlı ətraflı məlumat verilib”.

Sonra xəbərdə, “həmçinin təsərrüfat obyektlərinin AQTA tərəfindən qeydiyyata alınmasının önəmi vurğulanıb və qanunvericiliyin tələbləri bir daha iştirakçıların diqqətinə çatdırılıb. Əlavə olaraq, idxalatçı ölkələrin idxal tələbləri, karantin tətbiq edilən zərərverici orqanizmlər haqqında ətraflı məlumatlar verilib.
Görüş zamanı istehsalçıların məmnunluğunun təmin edilməsi məqsədi ilə təklifləri dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb” deyə bildirilir.

Qeyd edək ki, Agentlik tərəfindən bu cür görüşlərin respublikanın qida sahəsində ixracpotensiallı bitkiçilik məhsullarının istehsalı ilə məşğul olan digər regionlarında da keçirilməsi nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.