Press "Enter" to skip to content

İri neft şirkətlərinin rəhbərləri Prezidentin qəbulunda

İri neft şirkətlərinin rəhbərləri Prezidentin qəbulunda

BAYRAQDAR MEDİA – Azərbaycan Prezidenti İlham Əliyev martın 4-də Rusiyanın “Tatneft” şirkətinin baş direktoru Nail Maqanovu, Qazaxıstanın “KazMunayQaz” şirkətinin İdarə Heyətinin sədri Asxat Xassenovu və Özbəkistanın “Uzbeknefteqaz” şirkətinin İdarə Heyətinin sədri Baxodirjon Sidikovu qəbul edib.

Xəbəri Prezidentin mətbuat xidməti yayıb.

Xəbərə əsasən, “dövlət başçısı bu gün çoxtərəfli əməkdaşlığın yeni mərhələsinin başlandığını deyərək, bunun üçün hazırlıq işlərinin uğurla aparıldığını vurğuladı. Azərbaycan, Rusiya, Qazaxıstan və Özbəkistanın neft şirkətləri arasında çox sıx istehsalat münasibətlərinin artıq qurulduğunu məmnunluqla qeyd edən Prezident İlham Əliyev ikitərəfli formatda bir sıra layihələrin həyata keçirildiyini dedi, bu xüsusda səyləri birləşdirməyin önəminə toxundu. Dövlət başçısı birgə istehsal və dost ölkələrə sifarişlərin həyata keçirilməsi baxımından da dördtərəfli əməkdaşlığın rolunu qeyd etdi”.

Bildirilib ki, “söhbət zamanı yeni yaradılan əməkdaşlıq formatının perspektivləri barədə fikir mübadiləsi aparıldı, onun iki ölkə arasında iqtisadi sahədə əlaqələrin daha da genişlənməsi işinə töhfə verəcəyinə ümidvarlıq ifadə olundu. Vurğulandı ki, bu format çərçivəsində şirkətlər arasında fövqəladə halların aradan qaldırılması və birgə reaksiya qruplarının yaradılması, rəqəmsal texnologiyalar və proqram təminatı sahələrində işlərin optimallaşdırılması, müştərək satınalmaların təşkili, habelə müxtəlif sənaye sahələrinin inkişafı üzrə əməkdaşlıq nəzərdə tutulur”.

Qeyd edildi ki, bu yeni əməkdaşlıq formatı digər xarici şirkətlərin qoşulması üçün də açıqdır.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.