BAYRAQDAR MEDİA – Fevralın son həftəsi Tehran İnqilab Məhkəməsində Güney Azərbaycanlı fəal Əlirza Fərşinin ittihamı ilə bağlı məhkəmə iclası baş tutub.
Xəbəri “Azad İran” Telegram kanalı Güney Azərbaycan Demokratik Türk Birliyinə istinadla yayımlayıb.
Bildirilib ki, “Əlirza Fərşi məhkəmə iclasına getməsə də, vəkili “dövlət quruluşu əleyhinə təbliğat aparmaq” ittihamına qarşı müvəkkilini müdafiə edib. “Sosial şəbəkələrdə yalan məlumatlar paylaşmaq” da milli fəala qarşı atılan ittihamlardan biridir”.
Qeyd edək ki, “Mərənd şəhərində yaşayan Əlirza Fərşi keçmişdə də milli fəaliyyətinə görə həbs və təzyiqlərlə qarşılaşıb”.
İlk şərhi yaza bilərsiniz