BAYRAQDAR MEDİA – Martın 3-də İnsan Haqları Təşkilatının yaydığı məlumata görə, İranın hüquq mühafizə orqanları ötən günlərdə Qorqan, Xorrəmabad və Zahidan şəhərlərində 10 nəfəri dar ağacından asıb.
Xəbəri “Azad İran” Telegram kanalı “Didarnews”a istinadən yayıb.
Xəbərə görə, “sosioloq və universitet professoru Əhməd Buxarai keçən həftə keçirilən “İranda edam siyasəti və alətləri” iclasında bildirib ki, hazırda təxminən 7 min nəfər İranın müxtəlif həbsxanalarında İran İslam Respublikası ədliyyəsinin edam cərgəsindədir və onlardan 54 nəfəri siyasi və təhlükəsizlik məhbuslarıdır”.
İlk şərhi yaza bilərsiniz